Məmmədyarovdan növbəti heç-heçə
Bizi izləyin

İdman

Məmmədyarovdan növbəti heç-heçə

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən şahmat turnirinin VII turunda amerikalı Uesli So ilə heç-heçə edib.

Publika.az xəbər verir ki, həmçinin Sergey Karyakin (Rusiya) - Levon Aronyan (Ermənistan), Fabiano Karuana – Hikaru Nakamura (hər ikisi ABŞ) xalları yarı bölüblər.

Bu tur yeganə qələbəni fransalı Maksim Vaşye-Laqravı məğlub edən hindistanlı Vişvanatan Anand qazanıb.

Yeddi tundan sonra norveçli Maqnus Karlsen, Aronyan, So və Anandın hərəyə 3,5 xalı var. Karyakin, Məmmədyarov, Karuana və Nakamuranın 3 xalı, Vaşye-Laqravın isə 2 xalı var.

Növbəti tur çərşənbə günü olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm