İdman
Ardaya SƏRT TƏNQİD: Xaraktersiz milyonçu
Türkiyəli müğənni Berkay Şahinlə dava edən Arda Turan İspaniya mətbuatı tərəfindən tənqid edilib.
Publika.az xəbər verir ki, ispaniyalı idman jurnalisti Toni Frieros bir müddət “Barselona” forması geyinən Arda haqda sərt ifadələr işlədib:
“Arda “Barselona”nın son zamanlardakı ən pis transferidir. O, “Barsa”nı bahalı İstanbul küçəsi kimi gördü. Arda komandaya uyğunlaşa bilmədi. "Performans"ı da 0 səviyyədə. “Barsa” onunla nə edəcəyini bilmədi. Türkiyə komandaları belə, onu istəmirdi.
Arda Türkiyədə karyerasını torpağa basdırdı. Milli komandaya da çağırılmadı, çünki jurnalistlə dalaşmışdı. Ötən il də hakimə hücum etdi. İndi isə müğənni ilə dalaşır. Arda pis xarakterli milyonçudur. “Barselona” ona 1 milyon olsa belə, ödəyirsə, bundan əl çəkməlidir. Arda istedadını öz əli ilə kanalizasiyaya atdı”.
Karyerası ərzində “Qalatasaray”, “Atletiko”, “Barselona” kimi klublarda forma geyinən Arda, hazırda “Başakşəhər”in şərəfini qoruyur.
Arda ötən mövsüm “Başakşəhər” - “Sivasspor” matçında aldığı qırmızı vərəqəyə görə 16 oyunluq cəzaya layiq görülmüşdü. 31 yaşlı futbolçu hakimə hücuma görə 10, yan xətt hakimini təhqirə görə 3, əsas hakimi təhdid etdiyinə görə isə daha 3 oyun cəza almışdı. (Komanda.az)
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































