İdman
"Beşiktaş"da böyük böhran - Komandanın uduzma səbəbi açıqlandı
Superliqanın son 8 matçında sadəcə 1 qalibiyyət əldə edən “Beşiktaş” komandasında gərginliyin səbəbi açıqlanıb.
Publika.az xəbər verir ki, klubda maliyyə sıxıntıları pik həddə çatıb.
Komandanın yerli futbolçuları 4 aydır maaş ala bilmir, xarici futbolçuların ödənişləri isə nizamsız şəkildə edilir.
Maliyyə çatışmazlığı artıq meydançada öz əks təsirini göstərir. Son oyunda turnir cədvəlinin sonlarında yer alan və baş məşqçisi olmayan "Sivasspor"a uduzmaq bu gərginliyin ən bariz nümunəsidir. Baş məşqçi Şenol Günəş isə futbolçuları motivasiya etməkdə çətinlik çəkir. Xarici oyunçuların maaşlarının verilərkən yerlilərin gözlədilməsi komanda daxilində psixoloji gərginliyi artırır.
“Beşiktaş”ın forvard mövzusundakı sıxıntısı gərginliyi tribunalara da yayır. Təcili şəkildə təcrübəli futbolçu almaq məcburiyyətində qalan komandada satılacaq ilk futbolçu illik 5 milyon avro qazanan Pepedir.
Son matçlarda tribunadan kəskin reaksiya alan idarəetmə heyəti və klubun prezidenti Fikret Orman 2019-cu ilin may ayında keçiriləcək seçkilərdə qalib gələ bilmək üçün azarkeşlərin dəstəyini qazanmalıdır. Buna görə də klub yanvar ayında keyfiyyətli bir oyunçu almaq və iqtisadi anlamda fədakarlıq etməyə hazırlaşır.
Zümrüd
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi














.jpg)
















