İdman
Millimizin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən 49 yaşlı mütəxəssis 23 noyabra keçən gecə travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra məlum olub ki, o, qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır.
Prosineçki xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib.
Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
