İdman
Hollandiya və İspaniya qalib gəldi - YENİLƏNİB
Dünya çempionatında qrup mərhələsinin oyunları davam
edir.
Bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu
keçiriləcək.
B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda
qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük
deyildi.
Sözügedən görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa
çatıb.
Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkib.
Komandalar 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi
də heç nəyi dəyişməyəcəkdi. Bu matçda isə Hollandiya 2:0 hesabı ilə
qalib gələrək qrupdakı bütün matçlarda meydanı üç xalla tərk
edib.
A qrupunda Kamerun Braziliya ilə üz-üzə gələcək. Afrika təmsilçisi
qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup
lideri kimi çıxmağa çalışacaq.
Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri qarşılaşacaq.
Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun
prinsipiallığı ilə seçiləcək. Qrupdan çıxmaq üçün Meksikaya
heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. A qrupunun
görüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
23 İyun
B qrupu
21:00. Avstraliya - İspaniya - 0:3
Qollar: David Vilya, 36 (0:1), Fernando Torres, 69 (0:2),
Xuan Mata, 82 (0:3)
21:00. Hollandiya - Çili - 2:0
Qollar: Fer, 77 (1:0), Depay, 90+2 (2:0)
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır






































