İdman
Azərbaycan daha bir Olimpiya medalından məhrum edilir
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilə bilər.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) təkrar dopinq testlərin nəticələrini açıqlayıb.
2012-ci ildə keçirilmiş London Olimpiadasında iştirak etmiş idmançılardan bəzilərinin təkrar testləri müsbət nəticə verib. Onların arasında həmin yarışların bürünc medalını qazanmış Azərbaycan təmsilçisi Valentin Xristov da var. 56 kq çəki dərəcəsində mübarizə aparan bolqar legionerin sidik analizlərində qadağan olunmuş dehidroxlorometiltestosteron maddəsi aşkar edilib.
Valentin Xristovdan başqa, Meline Daluzyan (Ermənistan), Nikolay Novikov (Belarus), Aleksey Toroxti (Ukrayna) və Ruslan Nurudinovun (Özbəkistan) təkrar dopinq-testinin nəticəsi müsbət çıxıb. Adıçəkilən bütün idmançılar yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, Olimpiya Oyunlarında qazandığımız mükafatların ləğv edilməsi halı daha əvvəl də müşahidə edilib. Azərbaycanlı ağırlıqqaldıran Nizami Paşayevin də dopinq analizləri müsbət çıxdığı üçün Pekin-2008 Olimpiadasında qazandığı 5-ci yer və diplom əlindən alınmışdı. Elə həmin yarışlardan gümüş medal qazanmış yunan-Roma güləşçimiz Vitali Rəhimov da sonradan eyni səbəbdən mükafatı ilə vidalaşmalı olmuşdu.
Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestestoron maddəsi aşkarlandığı üçün 2 il, 2015-ci ildə isə nandrolon tapılması səbəbindən 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristov 2013-cü il Avropa çempionatının qızıl, 2015-ci il dünya çempionatının bürünc medalından məhrum edilib.(Qaynarinfo)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

