İdman
İngiltərə ŞOKDA - Məşhur futbolçu HƏBS OLUNDU - FOTO
Dünya futbolunun ulduzu Ueyn Runi Vaşinqton aeroportunda sərxoş vəziyyətdə dava salıb.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
Bildirilir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn Runi ictimai yerdə sərxoş vəziyyətdə, uca səslə söyüş söydüyü üçün Vaşinqtonda həbs olunub.
Nəşrin məlumatına görə, hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton aeroportunda həbs edilib. Lakin o, sonradan cərimə ödəyərək, müvəqqəti sərbəst buraxılıb.
Ueyn Runi 2016-cı ildə İngiltərə yığmasının oyunlarında iştirakını başa çatdırıb. O, 119 matçda 53 qol vurub. 2018-ci ildən o, ABŞın "Di Si Yunayted" klubunda oynayır. Futbolçu 20 matç keçirərək, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bir müddət əvvəl məlum olub ki, Vaşinqtonun Əsas Futbol Liqasında (MLS) çıxış edən "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi vida matçı keçirmək üçün futbol üzrə İngiltərə milli komandasında çıxışını bərpa edəcək.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
