İdman
"Beşiktaş"ın azərbaycanlı azarkeşlərindən ALQIŞALAYİQ ADDIM - Cəbhə bölgəsində... - - FOTOLAR
“Beşiktaş” klubunun Azərbaycandakı azarkeşləri ölkədə ilkə imza atıblar.
Publika.az xəbər verir ki, “Kənd məktəblərinə yardım” kampaniyası çərçivəsində azarkeşlər ölkəmizin dörd bir yanından toplaşaraq cəbhə bölgəsində yerləşən Ağdama humanitar yardım aparıblar.
Onlar kampaniya çərçivəsində Ağdamın aşağı Yüzbaşı kəndində yerləşən 69 saylı köçkün orta məktəbinin şagirdlərinə müxtəlif dərs və geyim ləvazimatları hədiyyə ediblər.
Könüllülər tərəfindən müxtəlif sosial şəbəkələr vasitəsilə toplanan ianələr 37 nəfərlik şagird heyətinə ötən gün təqdim edilib. Məktəbin müəllim və şagird kollektivi könüllülərə təşəkkür edib və hədiyyələrdən məmnun olduqlarını bildirib.
"Kənd məktəblərinə yardım" kampaniyasının Ağdam səfərində könüllülərə “Uğur” könüllülər qrupu, “Kimsəsiz uşaqların sosial müdafiəsi fondu”nun Gəncə filialı, “Gənclər üçün təhsil mərkəzi”nin Gəncə bürosu dəstək olub.
Qeyd edək ki, "Kənd məktəblərinə yardım" kampaniyası ilk dəfə Daşkəsəndə yerləşən ucqar kənd məktəblərinin şagirdlərini sevindirib. Kampaniya çərçivəsində ölkəmizin ucqar bölgələrində yerləşən məktəblərin şagirdlərinə humanitar yardımların edilməsi nəzərdə tutulur. Kampaniyaya dəstək olmaq istəyənlər facebook-da "Kənd məktəblərinə yardım" qrupuna qoşularaq hədiyyələrini ucqar bölgələrə göndərə bilər.
Foto: Zümrüd Kərimova
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər













.jpg)
















.jpg)
