İdman
Paralimpiyaçılarımız üçün TARİXİ SINAQ - İlk dəfə
Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq idmançılarımız qış idman növü üzrə beynəlxalq yarışa qatılacaqlar.
Publika.az xəbər verir ki, milli komandamızın üzvləri Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snoubord) Asiya çempionatında iştirak etmək üçün yanvarın 31-də Tehrana yola düşüblər. Yarışlar yanvarın 31-dən fevralın 7-dək keçiriləcək.
Bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarla görüşüb, onların hazırlıq vəziyyəti ilə maraqlanıb. O, idmançılarımızın qış idman növü üzrə ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
İdmançılarımız yarışa hazırlıq məqsədilə yanvarın 14-25-də “Şahdağ” qış-yay turizm kompleksində təlim-məşq toplanışında iştirak ediblər.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)































