İdman
“Milan” yeni stadion tikir - FANTASTİK QİYMƏTƏ
“Milan” və “İnter” hazırkı “San-Siro” stadionunun yaxınlığında yeni arenanın birgə tikintisi layihəsini nəzərdən keçirirlər. “Rossoneri” artıq meriyanın razılığını əldə edib, ona yalnız “neradzurri”nin qərarını gözləmək qalıb.
Publika.az klubun saytına istinadən xəbər verir ki, stadion 60 min tamaşaçı üçün nəzərdə tutulur. Layihəyə görə, Milan klublarının hazırkı ev stadionu söküləcək, cəmi bir neçə yüz metr aralıda 60 min yerlik yeni qurğu Nyu-Yorkda yerləşən “MetLife Stadium”un modeli əsasında tikiləcək. Layihəyə, həmçinin konsertlərin təşkili üçün 5 min yerlik stadion və yeni ticarət mərkəzi daxildir.
Dəyəri təxminən 600 milyon avro təşkil edən yeni stadionun 2023-cü ilədək tikiləcəyi gözlənilir.
“Milan”ın icraçı direktoru İvan Qazidis “İnter” komandasından olan həmkarı Alessandro Antonello ilə birgə artıq Amerika Birləşmiş Ştatlarına səfər edib, “Goldman Sachs” bankı ilə tikintinin maliyyə variantlarının müzakirəsini aparıb və digər müasir stadionların layihələri ilə tanış olublar.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO