İdman
Azərbaycan gimnastı finala vəsiqə qazandı
Aprelin 26-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku turniri başlayıb.
Publika.az xəbər verir ki, turnirin ilk günündə fərdi və qrup hərəkətləri proqramı üzrə çoxnövçülük yarışları keçirilib. Fərdi gimnastlar halqa və topla, komandalar isə beş topla hərəkətlərdə çıxış ediblər.
Azərbaycanı dünya kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil ediblər.
Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb. Hakimlər təmsilçimizin topla yarışlarda çıxışını 18.250 xalla qiymətləndiriblər. Lakin bu nəticə gimnastımızın topla hərəkətlərdə finalda yarışması üçün yetərli olmayıb.
Digər təmsilçimiz V.Qüdis halqa ilə hərəkətlərdə 15.650, topla yarışlarda 17.650 xal toplasa da, hər iki alət üzrə finala vəsiqə qazana bilməyib.
Fərdi gimnastların gərgin mübarizəsini qrup hərəkətləri komandaları davam etdiriblər. Beş top ilə yarışlarda komandamızın çıxışını hakimlər 15.750 xalla qiymətləndiriblər. Bu isə ilk səkkizliyə düşməyə kifayət etməyib.
Aprelin 27-də fərdi proqramda gürz və lentlə, qrup hərəkətləri proqramında isə 3 halqa, iki cüt gürzlə yarışlarda finalçılar məlum olacaq. Həmçinin çoxnövçülük üzrə qalib və mükafatçıların adlarına aydınlıq gələcək.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır. Ümumilikdə isə 39 ölkədən 200-dən çox gimnast qalib adı uğrunda yarışır.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

