İdman
Mən hər zaman istəmişəm ki... - Tahir Gözəl
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.
- Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. "Qarabağ" çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı.
- Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız.
- Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.
- Bu mövsüm arvokuboklarda hədəf nədir?
- Transferlərimiz oldu. Türkiyədən məşqçimiz gəldi. Yerli futbolçular yetişdirməyə çalışırıq. Mən hər zaman istəmişəm ki, "Qarabağ"ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.
- Sizcə, yeni transferlər komandanı irəli apara bilər?
- Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. "Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir (Qol.az)..
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


