İdman
"Real"dan Neymar üçün YENİ TƏKLİF
"Real" Neymar üçün PSJ-yə yeni təklifini göndərib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Madrid klubunun braziliyalı hücumçu üçün Paris təmsilçisinə Luka Modriç və 120 milyon avro verməyə hazır olduğu bildirilib.
27 yaşlı futbolçu bu təklifə müsbət cavab verəcəyi təqdirdə, transferin tamamlanacağı iddia olunub.
Daha əvvəl “Sky Sport Italia” nəşri də bildirmişdi ki, Madrid klubu PSJ-yə mübadiləni təklif etməyə hazırdır. Xüsusi halda, bu məqsədlə xorvat yarımmüdafiəçisi Luka Modriç təklif edilsə də, sazişə “Real”ın başqa oyunçuları da daxil edilə bilər.
İyulun 23-də bildirilirdi ki, braziliyalı hücumçunun xidmətində Turinin “Yuventus” klubu maraqlıdır. İtalyan klubu da həmçinin, əsas heyətin bir sıra oyunçularını təklif etməyə hazırdır.
KİV-in xəbərlərinə görə, Neymar “Barselona”ya qayıtmaq istəyir. Ancaq mümkün transfer fransız klubunun yüksək maliyyə tələbləri ilə çətinləşib.
Mayın sonunda bildirilirdi ki, “Real” Neymara bir il üçün 70 milyon avro (gündə 191,8 min avro) təklif etməyə hazırdır. Eyni zamanda, PSJ bəyan etmişdi ki, sərfəli təklif alacağı halda, braziliyalını satmağa hazırdır.
Qeyd edək ki, Neymar 2017-ci il ildə rekord məbləğə - 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib.
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Nida Xəbər 11:45Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər


































.jpg)

