İdman
İsraildəki görüşün necə bitəcəyini zaman göstərəcək - Yossi Abukasis
Birinci hissə yaxşı alındı. Təhlükəli epizod yarada bildik və iki qolu vurduq. Bu bizim ilk rəsmi matçımız idi. İkinci yarıda müdafiəni düşündük. Oyundan əvvəl qarşılaşmanın 2:2 hesabı ilə bitəcəyini desəydilər razılaşardım. Amma 2:0-dan sonra hesab ürəyimcə olmadı".
Bu fikirləri İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının III təsnifat mərhələsinin ilk duelində "Neftçi" ilə heç-heçə (2:2) etdikləri görüşdən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis jurnalistlərin ard-arda verdiyi 3 suala cavab verməyib: "Mən axmaq suallara cavab vermirəm. Sizin komanda ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik. "Neftçi" çox güclü komandadır. Biz cavab matçında siyahıya əlavə oyunçu sala bilməyəcəyik. Bunun üçün təəssüflənirik. İsraildəki görüşün necə bitəcəyini zaman göstərəcək."
Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə baş tutacaq (Report).
-
Köşə11:3853 yaşda süni mayalanmanın acı sonu: Qadınlar niyə tək qocalmaqdan qorxur?
-
Sosial10:51Şeyx bayramla bağlı fətva verdi
-
İdman10:48"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
-
Dünya10:06Qalibaf ABŞ və İsraili qorxutdu: Onları oyandırdınız, fırtına olacaq
-
ABŞ09:36İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto
-
Sağlamlıq07:3520 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı



































.jpg)