ABŞ
ABŞ-ın qorxulu yuxusu: Yeni terror dalğası başlayır?
ABŞ üçün əsas terror təhlükəsi artıq mütəşəkkil şəbəkələr deyil, radikallaşmış tək fərdlərdir.
Publika.az xəbər verir ki, bunu ABŞ Milli Kontrterror Mərkəzinin sabiq direktoru Co Kent jurnalist Taker Karlsona müsahibəsində deyib.
Ekspertin fikrincə, dünyanın ən böyük ekstremist strukturları son illərdə taktikalarını dəyişərək, əsas diqqəti "tənha canavar" üslubunda fəaliyyət göstərən icraçılara yönəldiblər.
Kent bildirib ki, ölkə daxilində heç bir təşkilatla birbaşa əlaqəsi olmayan, lakin qəfil hücum etməyə hazır olan şəxslərin sayı sürətlə artır. Sabiq direktor xüsusilə İrana bağlı olduğu iddia edilən "yatağan hücrələr" (sleeper cells) versiyasına şübhə ilə yanaşıb.
Onun sözlərinə görə, belə iri strukturların gizli fəaliyyət göstərməsi texniki baxımdan çətindir, çünki ABŞ xüsusi xidmət orqanları tərəfindən bu qruplar arasındakı rabitə asanlıqla izlənilir.
Co Kent vurğulayıb ki, hazırda əsas diqqət ABŞ ərazisində olan şübhəli şəxslərə nəzarətin gücləndirilməsinə və təhlükə törədən xaricilərin təcili şəkildə ölkədən qovulmasına yönəldilməlidir.
Adəm
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO































