Dario Frederiko: İsrailə yalnız qələbə üçün gedəcəyik
Bizi izləyin

İdman

Dario Frederiko: İsrailə yalnız qələbə üçün gedəcəyik

"Diqqətsizliyə görə 2 top buraxdıq. Rəqib bizi əks-hücumda yaxaladı".

Bunları "Neftçi"nin futbolçusu Dario Frederiko İsrailin "Bney Yehuda" komandası ilə Bakıda 2:2 hesabı ilə heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra söyləyib.

Braziliyalı hücumçu bildirib ki, hesabda 0:2 geri düşmələrinə rəğmən, bütün komanda ilə hücum etməyə çalışıblar: "Komandamız əzmkarlıq nümayiş etdirdi. Sona qədər vuruşduq və bərabərliyə nail olduq. İlk hissənin sonlarında vurduğumuz qol bizə daha çox inam verdi. Fasilədə baş məşqçimiz bir neçə taktiki dəyişikliklər etdi və tapşırıqların verdi. Vəziyyəti dəyişəcəyimizə inamımız böyük idi, bunu bacardıq. Həm "Arsenal", həm də "Bney Yehuda" ilə Bakıdakı oyunlarda özümü göstərə bilməməyimlə razı deyiləm. Bacardığım qədər komandama kömək etməyə çalışıram. Son matçlarda 2 qol vurmuşam. İnanıram ki, bu gün də komandama köməyim dəydi. Vurduğumuz ilk qol mənim qapıya zərbəmdən sonra baş verdi. Bu qolda mənim də payım var".

Frederikonun sözlərinə görə, bir həftə sonra İsraildə baş tutacaq cavab qarşılaşmasında komandaya inamı böyükdür

"Son matçlarda gözəl oyun nümayiş etdiririk. Güclü kollektiv olduğumuzu bir neçə dəfə sübut etmişik. İsrailə yalnız qələbə üçün gedəcəyik. Öz futbolumuzu oynayacağıq. Burada buraxdığımız 2 qol rəqibin göstərdiyi gözəl oyuna görə olmadı. Öz səhvlərimizdən buraxdıq. Ona görə də İsraildə nəticənin bizim xeyrimizə olacağına inanıram. Hazırda futbolda zəif və ya güclü komanda anlayışı yoxdur. Bəzən zəif sayılan güclünü udur. Bu da futbolçuların əzmkarlığından, istəyindən asılıdır" (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm