"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNDİ

"Neftçi" əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə toplardan birinin əvəzini çıxdı - 2:1. Matç bu hesabla başa çatdı və təmsilçimiz Avropa Liqasında mübarizəni dayandırdı.

***

22:23

İsrail təmsilçisi 66-cı dəqiqədə hesabda üstünlüyünü 2 topa çatdırdı - 2:0.

***

21:15

"Bney Yehuda" 14-də dəqiqədə hesabı açdı - 1:0.

***

21:00

"Bney-Yehuda" matçı başladı.

***

20:00

İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Bney Yehuda" və "Neftçi" komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Din Mori (K.), 5. Daniel Felçer, 6. Amir Rustom, 8. Şay Mazor, 9. Dor Yan, 11. Mohammed Qadir, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi

"Neftçi": 1. Səlahət Ağayev, 3. Mamadu Mboc, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (K), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar

***

08:15

“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsraildə “Bney Yehuda” ilə üz-üzə gələcək.

Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” – “Neftçi”

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm