İdman
Baş məşqçi: Qol buraxmayan komandanı yendik
"Bu yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandanı yendik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm".
Bunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abuksis İsraildə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, "pley-off"da qarşılaşacaqları İsveç "Malmö"sünə böyük hörmətlə yanaşırlar: "Çünki bu rəqib çox yaxşı oyun sərgiləyir. Amma "Neftçi" ilə layiqli oyun və düzgün taktika sayəsində bu mərhələyə çatmışıq. Yenə təvazökarlığımızı qoruyuruq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim kimi komanda üçün böyük uğur sayıla bilər".
Abuksis hazırkı heyətdən və oyundan razı qaldığını söyləyib: "3-4 futbolçu da cəlb edə bilsək, daha yaxşı oyun sərgiləyə bilərik. Bu heyətdəki futbolçular 2-3 əvvəl aşağı liqalarda çıxış edirdilər. İlk növbədə rəhbərliyə təşəkkür edirəm ki, onlara inandılar və biz də onları bu səviyyəyə gətirib çatdıra bildik".
Qeyd edək ki, "Bney Yehuda" ilk matçda 2:2 hesablı heç-heçə etdiyi üçün iki oyunun nəticəsində "pley-off"a yüksəlib (Report).
-
Köşə11:3853 yaşda süni mayalanmanın acı sonu: Qadınlar niyə tək qocalmaqdan qorxur?
-
Sosial10:51Şeyx bayramla bağlı fətva verdi
-
İdman10:48"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
-
Dünya10:06Qalibaf ABŞ və İsraili qorxutdu: Onları oyandırdınız, fırtına olacaq
-
ABŞ09:36İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto
-
Sağlamlıq07:3520 yaşlı tələbə təhlükəli xəstəliyi soyuqdəymə zənn etdi, hər iki ayağını itirdi - Foto
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı



































.jpg)