İdman
"Beşiktaş"ın prezidenti istefa verdi
İstanbulun “Beşiktaş” klubunun prezidenti Fikrət Orman vəzifəsindən istefa verib.
Publika.az xəbər verir ki, funksioner “Beşiktaş”dakı vəzifəmi tamamlayıram” sözləri ilə istefasını açıqlayıb.
“Beşiktaş”da bir qan dəyişikliyinə ehtiyac var. Çox yaxşı bir baş məşqçimiz var. Hazırda neqativ hava daha çox mənim üzərimdən gəlir. Mən bu işə “Beşiktaş” sevgisi səbəbilə girdim. Sabah idarə heyətini toplayacam və “Beşiktaş”dakı vəzifəmə nöqtə qoyacam. Əlimizdən gəldiyi qədər “Beşiktaş”a xidmət etdik. Hər kəsə təşəkkür edirəm. Mən “Beşiktaş”dan işimlə əlaqəli 100 TL təmin etmədim. Mənfəətimi güdmədim. Xətalarımız olub, amma faydalarımıza baxanda vicdanla yaxşı işlər gördüyümüzə inanıram” ,- Orman istefasını açıqladığı mətbuat konfransında deyib.
Klubun idarə heyəti sabah növbədənkənartoplantı keçirəcək. İstefa qərarının rəsmi şəkildə toplantıdan sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Beşiktaş"ın iki mövsümdür yaxşı nəticə göstərməməsi ilə əlaqədar olaraq azarkeşlər klubun prezidentini istefaya səsləyirdi.
Xatırladaq ki, 52 yaşlı funksioner 2012-ci ildən "Beşiktaş"a rəhbərlik edirdi. Onun dövründə İstanbul təmsilçisi iki dəfə ardıcıl ölkə çempionu olub, Çempionlar Liqasında qrupu lider və məğlubiyyət almadan mərhələni adlayan yeganə Türkiyə təmsilçisi statusunu qazanıb.
Zümrüd
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
-
İKT20 Avqust 22:12Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”
-
İKT20 Avqust 21:00Mais Ağayevə vəzifə verildi














.jpg)

















