İdman
Azərbaycan idmançısı beynəlxalq turnirdə qızıl medal qazandı
Sablya üzrə Azərbaycan milli komandasının lideri Anna Başta Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasından Publika.az-a verilən məlumata görə, qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna, 1/8 finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib.
Başta 1/4-də Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi İrina Şçukla üzərində 15:10 hesablı qalibiyyət əldə edən Anna finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib.
Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Sevil qrupda 5, Səbinə və Valeriya isə 4 qələbə qazanıb. Valeriya Bolşakova 1/8 finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Sevilya Bünyatova 1/8-də Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.
Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

