İdman
Ağır Atletika üzrə Azərbaycan Kubokunun növbəti qalibləri müəyyənləşdi - FOTO
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin Publika.az-a verdiyi məlumata görə, körpücük üzərinə son olaraq çəkisi 67 və 73 kq-a qədər olan atletlər çıxıblar.
Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252 kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.
73 kq çəki dərəcəsində isə toplam 283 kq (122+161) nəticə göstərən Elşad Şərifov Azərbaycan Kubokunun sahibi adını qazanıb. Gümüş medalı yetərincə yaxşı nəticə – 273 kq (120+153) göstərən gənc Rüstəm Qasımov əldə edib. Bürünc medal isə toplam 272 kq (124+148) nəticə göstərən Paşa İbrahimliyə qismət olub.
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi























.jpg)








.jpg)

.jpg)