İdman
Azərbaycan idmançıları finala çıxdı
Azərbaycan gimnastları Anar Həsənov və Mənsum Səfərov kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirində sərbəst hərəkətlərdə finala çıxıb.
Publika.az xəbər verir ki, A.Həsənov 13,000 xal, M.Səfərov 12,850 xal toplayıb.
Bu növdə finala, həmçinin Vladimir Kostyuk və İvan Sevruk (hər ikisi - Ukrayna), Daçi Dolidze (Gürcüstan), Cordi Hagenaar (Niderland), Çuanq Çia-Lunq və Huanq Yen-Çanq (hər ikisi - Tayvan) vəsiqə qazanıb.
Digər azərbaycanlı gimnastlar Ağakazım Rüstəmov (12,700 xal) və Rəsul Əhmədzadə (12,600 xal) finala çıxa bilməyib.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.
Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.
Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.
Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
