İdman
Ulduz futbolçunun anasından məktub: "Sərvətini paylaşmasan, oğlum deyilsən" - FOTO
“Arsenal”ın türk əsilli alman futbolçusu Mesut Özil bu dəfə anası ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, futbolçu anasının ona yazdığı məktubu çərçivələyərək divarından asıb.
Futbol ulduzu həyatını anasının nəsihətlərinə uyğun olaraq formalaşdırır. Belə ki, başda uşaqlar olmaqla, bir çox möhtac insana kömək əlini uzadan Özilin bu xeyriyyəçiliyində anasının rolu böyük imiş.

Futbolçunun meneceri Erkan Söğüt “Sun Sport”a açıqlamasında bildirib ki, Mesut 2018-ci il Dünya Çempionatında oynayarkən ona böyük xeyir işləri görmək istədiyini deyib. Min uşağın həyatını dəyişdirmək istəyindən bəhs edib. Meneceri isə ona bunun baha başa gələcəyini bildirib. Mesut ona cavabında “pulumu indi paylaşmasam, nə zaman paylaşacam? Mən çox qazanıram, hamısını özümə xərcləyə bilmərəm” cavabını verib. Bundan sonra futbolçunun sponsorluğu ilə 100 nəfər cərrahi əməliyyat olub. Toyu günündə isə 16 qaçqın düşərgəsinə yardım göndərib. Yüz min insana yemək paylayıb.
Erkan Söğüt qeyd edib ki, Mesut anası Gülizar Özilin yazdığı məktubu divarına asıb: “Məktubda bu sözlər yazılıb: “Mesut, unutma, həyatda hamımız qonağıq. Allah sizə istedad verib, amma bunu sadəcə özünüzə baxmağınız üçün verməyib. Sərvətini möhtac insanlarla paylaşmasan, mənim oğlum deyilsən”.
Zümrüd
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO





































