İdman
"Zenit" 6 qat Rusiya çempionu oldu
"Zenit" klubu Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olub.
Publika.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi buna XXVI turda "Krasnodar" üzərində 4:2 hesablı qələbə sayəsində nail olub. Sergey Semakın baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış xalını 62-yə çatdıraraq, ən yaxın izləyicisi, 49 xala malik "Lokomotiv" üçün əlçatmaz olub.
Beləliklə, "Zenit" ardıcıl 2-ci, tarixdə 6-cı dəfə Rusiya çempionluğuna yiyələnib və MOİK-ə çatıb. Ən çox qızıl medallara isə "Spartak" 10 dəfə nail olub.
Qeyd edək ki, 1925-ci ildə yaradılmış "Zenit" 1984-cü ildə SSRİ çempionu, 2008-ci ildə UEFA Kuboku və UEFA Super Kubokunun qalibi olub. Komandanın aktivində 3 dəfə Rusiya Kuboku, 1 dəfə SSRİ Kuboku, 4 dəfə Rusiya Super Kuboku və 1 dəfə SSRİ Super Kuboku da var.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO



































.jpg)

