İdman
"Qalatasaray" bütün şanslarını itirdi
İyulun 8-də futbol üzrə Türkiyə çempionatının XXXI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.
Publika.az xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər. Alanya təmsilçisinin qollarını Papis Demba Sisse (43, 45), Tasos Bakasetas (89) və Mustafa Pektemek (90) vurub. İstanbul klubunun yeganə qolunu isə Adəm Böyük (45) vurub.
Beləliklə, "Qalatasaray" Türkiyə çempionluğu şansını itirib.
Günün digər "Trabzonspor" - "Antalyaspor" və "Göztəpə" - "Ankaragücü" matçlarında isə qalib müəyyənləşməyib. Hər iki oyun 2:2 hesabı ilə bitib. "Sivasspor" isə doğma meydanda "Yeni Malatyaspor"a minimal hesabla məğlub olub.
Bundan əlavə, turda iyulun 9-da "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" – "Konyaspor" komandaları qarşılaşacaq.
Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal) və digər komandalar gəlir.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































