İdman
Ən çox qazanan və xərcləyən ölkələr-Siyahı
FIFA 2013-cü ildə transferlərə ən çox pul xərcləyən ölkələrin siyahısını açıqlayıb. Publika.az xəbər verir ki, ali futbol qurumunun hesablamalarına görə, ötən il ingilislər transfer bazarında hamıdan bədxərcdi.
Belə ki, İngiltərə klubları 2013-cü ildə əcnəbi futbolçuların transferi üçün 913 milyon dollar ödəyib. Bu 2012-ci illə müqayisədə 51 faiz artıqdı.
İkinci pillədə İtaliya qərarlaşıb. Bu ölkənin klubları ötən il 475 milyon dollardan keçib ki, bu da 2012-yə nisbətən 120 faiz artıqdı. PSJ və "Monako"nun transferlərə astronomik rəqəmlər xərcləməsi Fransanın üçüncü pilləyə yüksəlməsi ilə nəticələnib. Fransızlar transfer xərclərini 74 faiz artıraraq 420 milyona dollara çatıdırıb.
FIFA futbolçu satışından ən çox qazanan ölkələrin də adlarını açıqlayıb. Siyahıya 2012-ci ilə nisbətən gəlirlərini 166 milyon artıran İspaniya başçılıq edir. İtaliya 436 milyonla ikinci, Portuqaliya 323 milyonla üçüncü olub. Siyahıdakı sürpriz ölkə Ukraynadı. Ukraynalılar gəlirlərini 379 faizlik artımla 168 milyon dollara çatdırıb.
Transferlərə ən çox pul xərcləyən ölkələr:
1. İngiltərə - 913.000.000 (+51%)
2. İtaliya - 475.000.000 (+120%)
3. Fransa - 420.000.000 (+74%)
4. İspaniya - 319.000.000 (+78%)
5. Almaniya - 239.000.000 (+1%)
6. Rusiya - 214.000.000 (-33%)
7. Ukrayna - 193.000.000 (+168%)
8. Türkiyə - 163.000.000 (+50%)
9. Portuqaliya - 104.000.000 (+21%)
10. Uels - 100.000.000 (+96%)
Transferlərdən ən çox qazanan ölkələr:
1. İspaniya - 565.000.000 (+166%)
2. İtaliya - 436.000.000 (+47%)
3. Portuqaliya - 323.000.000 (+42%)
4. Braziliya - 312.000.000 (+34%)
5. İngiltərə - 300.000.000 (+27%)
6. Fransa - 297.000.000 (+42%)
7. Hollandiya - 182.000.000 (+31%)
8. Ukrayna - 168.000.000 (+379%)
9. Almaniya - 140.000.000 (-29%)
10. Rusiya - 94.000.000 (+151%)
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO