İdman
Rəcəbov yenidən Aronyana qarşılaşacaq
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov onlayn blits şahmat turnirində çıxış edəcək.
Publika.az xəbər verir ki, hazırda dünya reytinqində 10cu pillədə olan təmsilçimiz “Airthings Masters” turnirində qüvvəsini sınayacaq.
İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparacaq. Teymurun rəqibləri arasında 2 ay əvvəl məğlub etdiyi erməni şahmatçı Levon Aronyan da yer alıb.
Dairəvi sistemdə keçiriləcək ilk mərhələdə ilk 8 yeri tutanlar mübarizəni davam etdirəcək.
200 min dollar mükafat fondu olan turnirin qalibi 60 min qazanacaq. Rəcəbov və onun prinsipial rəqibi olan Aronyandan başqa, turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Danil Dubov (hamısı Rusiya), Aniş Giri (Niderland), Pantala Harikrişna (Hindistan) və David Anton (İspaniya) mübarizə aparacaq.
Qeyd edək ki, dekabrın 26-da başlayacaq turnir 2021-ci il yanvarın 3-dı başa çatacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
