İdman
Dörd bədii gimnastımız “Fəxri İdman ustası” adına layiq görüldü
İdmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə bədii gimnastikanın 4 nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova “Fəxri İdman ustası” adına layiq görülüblər.
Publika.az xəbər verir ki, Siyana Vasileva və Aliyə Paşayeva Avropa Çempionatlarının qrup hərəkətləri komandası tərkibində gümüş (Bakı / Azərbaycan / 2014) və bürünc (Qvadalaxara / İspaniya / 2018) mükafatçıları olmuşlar. Aliyə Paşayeva həmçinin 2019-cu ildə Bakıda keçirilən Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının tərkibinə daxil olmuşdur.
Gənclər arasında Avropa Çempionatının gümüş mükafatçısı olmuş Səbinə Abbasova (Hacıyeva), 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında artıq böyüklər proqramında (3 top və 2 lent) gümüş medalını təsdiqləmişdi.
Anastasiya Prasolova Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi Olimpiya Oyunlarında (Pekin-2008) təmsil etmiş və çoxnövçülük finalında 7-ci yerdə qərarlaşmış qrup hərəkətləri komandasının üzvü olmuşdu.
İdmançı kimi göstərdikləri nailiyyətlərinə görə “Fəxri idman ustası” adına layiq görülmüş hazırki məşqçilərimiz artıq yetirmələrinə sərf etdikləri əməyin bəhrəsini görməkdədirlər. Belə ki, Anastasiya Prasolovanın yetirməsi Bakı 2015 Avropa Oyunlarında gümüş və 2015-ci ilin Avropa Çempionatında bürünc medal əldə edib. 2020-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilmiş Avropa Çempionatında gümüş və bürünc mükafata layiq görülmüş qrup hərəkətləri komandasının məşqçilərindən biri Siyana Vasileva olmuşdur. Aliyə Paşayeva Bakı Gimnastika məktəbində, Səbinə Hacıyeva isə Milli Gimnastika Arenasında yığma komandaya hazırlıq qrupunda olan gənc gimnastların yetişdirilməsində xidmət edirlər.
Keçmiş gimnastlarımızı bu fəxri ada layiq görülmələri münasibətilə təbrik edir, bədii gimnastikanın inkişafı istiqamətində göstərdikləri məşqçilik fəaliyyətində onlara uğurlar arzu edirik!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
