İdman
Yol polisi "Qarabağ"ın futbolçusunu saxladı
"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt"la səfər oyunundan sonra insidentlə üzləşib.
Xorvatiyalı yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi "Kapital Bank Arena"nın ərazisini tərk edərkən yol hərəkəti qaydalarını pozub.
Nəticədə Yol Patrul Xidmətinin əməkdaşları 30 yaşlı oyunçunun maşınını saxlayıblar. Avtomobildən enən Ozobiç əl işarəsi ilə kürəyini göstərərək, "Qarabağ"ın futbolçusu olduğunu izah etmək istəyib.
Futbolçunun cərimələnib-cərimələnmədiyini öyrənmək mümkün olmayıb. O, açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu qolsuz heç-heçə ilə başa çatıb.(Report)
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO