İdman
Qılıncoynadanımız TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Azərbaycanın qılıncoynadanı Anna Başta TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Publika.az xəbər verir ki, sablyaçımız bu uğura İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.
Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirirək parlaq çıxışla yadda qalıb. Başta pley-offun ilk görüşündə İspaniya təmsilçisi Arakelli Navarra qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə Anna 15:14 hesablı çətin qləbə qazanıb. Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü 4 qadın sablyaçı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.
Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Ancaq sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.
Beləliklə, Anna Başta 23 iyul-8 avqustda Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil edəcək.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

