İdman
Azərbaycan yenə də Avropaya nümunə olacaq - ŞƏRH
“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə Türkiyə millisinin oyunlarının Azərbaycanda böyük coşqu ilə izlənəcəyini bildirib.
Publika.az-a müsahibəsində G.Abbaszadə Bakıda keçiriləcək Avropa çempionatı həyəcan və gözləntilərini bölüşüb:
- Gündüz bəy, Avropa çempionatın dörd oyununun Bakıda keçirilməsi həm idman, həm də turizmin inkişafına necə təsir göstərəcək?
- Təəssüf ki, UEFA Avro-2020 çempionatı pandemiya dönəminə təsadüf etdi və təxirə salındı. Məlum səbəblərdən bu il istənilən sayda azarkeş Bakıya gələ bilməyəcək, bəzi məhdudiyyətlər var, stadion tam dolmayacaq. Bakının artıq əvvəlki illərdə mötəbər oyunlarına ev sahibliyi etmək təcrübəsi var və bu, böyük bir üstünlükdür. Hesab edirəm ki, həm təşkilati, həm də təhlükəsizlik baxımından Bakı nümunəvi şəhərlərdən olacaq. Şübhəsiz ki, Azərbaycanda ən böyük futbol hadisələrindən birini yaşayacağıq. Azərbaycanlı azarkeşlər bu oyunlardan böyük zövq almalıdır.
Turizm baxımdan daha yaxşı və effektiv nəticələr ola bilərdi, təəssüf ki, oyunları izləmək istəyən əcnəbi vətəndaşlar istədiyi vaxt gələ bilməyək, müəyyən problemlər qalmaqdadır. İnanırıq ki, gələcəkdə kifayət qədər yaxşı təsir edəcək. Lakin qarşıda bizi Türkiyənin milli komandasının “ev” oyunu gözləyir, görünən odur ki, qardaş Türkiyənin azarkeşləri çoxluq təşkil edəcək.
- Futbolsevərlər üçün xüsusilə bayramdır. Həyəcan varmı?
- Daha əvvəl Ukrayna və Polşada Avropa çempionatını canlı izləmək imkanım olmuşdu. Sizə səmimi deyim ki, oyunlara öz doğma evindən şahidlik etmək tam fərqli hisslərdir. Bəxtimiz həm də ona görə gətirdi ki, azərbaycanlı azarkeşlər ən çox sevdiyi qardaş Türkiyə yığma komandasının da oyununu izləmək imkanı qazanacaq. Türkiyəli azarkeşlər narahat olmasınlar, onlar öz evlərində oynayacaqlar!
- Bu oyunların Azərbaycanda keçirilməsi üçün UEFA hansı şərtləri qoymuşdu? Sizcə, irəli sürülən bu tələblərə cavab verə biləcəyikmi?
- Oyunları yaxından izləyən bir peşəkar kimi deyirəm, əgər UEFA-nın təhlükəsizlik və təşkilat baxımdan Azərbaycana zərrə qədər şübhəsi olsaydı, digər iki şəhər kimi ev sahibliyini Bakının əlindən alardı. Azərbaycanı bu oyunlardan məhrum edərdi. Əminəm ki, UEFA Azərbaycanın bu məsələyə nə qədər həssas yanaşdığından xəbərdardır. Böyük Vətən müharibəsi artıq geridə qalıb. Bütün dünyanın tanıdığı ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycan təşkilatçılığı və qonaqpərvərliyi ilə bütün Avropaya nümunə olacaq.
- Futbol azarkeşlərini hansı sürprizlər gözləyir?
- Çempitonatın yayımını Azərbaycanda İctimai televiziya və İdman Azərbaycan Dövlət Televiziyası həyata keçirəcək. Hər iki kanalın əməkdaşlarına bu gərgin bir ay ərzində uğurlar arzulayıram. Hazırlıqlar yüksək səviyyədədir.
Aytən Məftun
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi