İdman
"Qarabağ" "Aberdin"i MƏĞLUB ETDİ - YENİLƏNDİ

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.
Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşə meydan sahibləri üstün başlayan tərəf olub. 7-ci dəqiqədə Toral Bayramovun zərbəsini Co Lüis dəf edib. 25-ci dəqiqədə Qara Qarayevin uzaq məsafədən zərbəsi qapının yanından keçib. "Köhlən atlar" 30-cu dəqiqədə hesabı açmağa müvəffəq olub. İspaniyalı yarımmüdafiəçi Xayme Romero rəqib müdafiəçini aldatdıqdan sonra topu qapıdan keçirib. İlk yarının sonlarında "Aberdin" ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməkdə çətinlik çəkib.
İkinci hissədə də "Qarabağ" oyuna daha çox nəzarət etsə də, başqa qol vurulmayıb. 85-ci dəqiqədə Kristian Ramiresin zərbəsindən sonra qapıçı Şahruddin Məhəmmədəliyev topu asanlıqla tutub. Sonuncu dəqiqələrdə Marko Veşoviç qapıçı ilə təkbətək qalsa da, fərqi artıra bilməyib. Beləliklə, "Qarabağ" Konfrans Liqasında üçüncü qələbəsini də minimal hesabla qazanıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.
xxx
20:48
"Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Xayme Romero 30-cu dəqiqədə topu rəqib qapıdan keçirib.
xxx
20:00
Bakıda "Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
Publika.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı sloveniyalı Rade Obrenoviç başçılıq etdiyi hakimlər briqadası idarə edir.

-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR