İdman
Qvardiola xələfinə müraciət etdi: Əminəm ki…
10 illik fəaliyyətdən sonra “Mançester Siti”nin baş məşqçi postunu tərk edəcək Pep Qvardiola komandadakı xələfinə müraciət edib.
Publika.az xəbər verir ki, o, gələcək məşqçiyə əsas məsləhətinin özünə sadiq qalmaq olduğunu vurğulayıb:
“Klub mənə varisimin kim olacağını deyəndə, ona zəng edəcəyəm və özü kimi olmağı tövsiyə edəcəyəm. Klub ona tam dəstək verəcək və bu, ən böyük üstünlükdür. Burada çalışan bütün məşqçilər Çiki, indi isə Uqo, Ferran və xüsusilə Xaldunla işləmək baxımından şanslı olublar. Çətin anlarda səni qoruyacaq əsas şey özün olmaqdır. İdeyalarında sərbəst ol, çox çalış.
Biz bura gələndə komandanı yenidən qururduq və mənim şüarım həmişə belə olub ki, bu oyunu qazan. Premyer Liqa, Liqa Kuboku – fərqi yoxdur, qələbə üçün çalış, sonra növbəti addımı at. Buradakı insanları tanıyıram və demək olar ki, əminəm ki, hər şey yaxşı olacaq”.
55 yaşlı mütəxəssis “Mançester Siti”də çalışdığı 10 il ərzində 20 titul qazanıb. Onların arasında İngiltərə çempionatında 6 çempionluq və UEFA Çempionlar Liqasının qalibliyi də var.
-
MDB09:29Bu zavodlar bir ayda səkkiz dəfə vuruldu - "Flamingo" qorxusu
-
Maraq dünyası09:18"Şarkzilla" amerikalıları qorxuya saldı - Balina yeyir, sürətlə böyüyür
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu
-
Elm və təhsil06:16Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı



















.jpg)




.jpg)

.jpg)








