İdman
ÇL: Qrup mərhələsinin son 3 iştirakçısı bəlli olur
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulacaq.
Publika.az xəbər verir ki, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olacaq. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransadakı ilk oyunda "Monako"ya 1:0 hesabı ilə qalib gələn Ukraynanın "Şaxtyor" (Donetsk) klubu minimal üstünlüyünü evdə də qorumağa çalışacaq.
Moldova "Şerif"i Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağl olacaq. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi cütün taleyini demək olar ki, həll edib.
Digər matçda isə "Bröndbü" Danimarkada Avstriya "Zalsburq"u ilə üz-üzə gələcək. Meydan sahibləri ilk görüşdə 1:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa)
İlk oyun - 1:0
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova)
İlk oyun - 0:3
23:00. "Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya)
İlk oyun - 1:2
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.
-
Nida Xəbər 10:25Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edildi
-
Hadisə10:05Xaçmazda 20 kiloqram fındıq oğurlayan yeniyetməyə hökm oxundu
-
Magazin109:00Nadir Qafarzadədən 8 Mart qalmaqalı: Arvadına hədiyyə alıb göstərənlər...
-
ABŞ08:45Obama açıqlaması ilə yenə gündəm oldu: Bu dəfə görün nəyi etiraf etdi
-
Kriminal08:41Azərbaycanda meşə yanğınına səbəb olan hərbçiyə hökm oxundu - 614 min manat cərimələndi
-
Ekopublika.az08:30İranla bağlı yeni böhran siqnalı - Azərbaycana da təsir edəcək
-
ABŞ07:357 gündə 3 mindən çox hədəf vurulub...
-
ABŞ04:30Onlarda döyüşəcək heç kim və heç nə qalmayıb... - Tramp
























.jpg)








