İdman
Maradonanın doğulduğu ev tarixi abidə oldu
Dünyaca məşhur futbolçu Dieqo Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Alberto Fernandes fərman imzalayıb.
Fərmanda deyilir ki, Buenos-Ayres əyalətinin Villa Fiorito qəsəbəsində yerləşən Dieqo Armando Maradonanın evi milli tarixin abidəsi kimi tanınsın.
Qeyd edək ki, Maradona 1960-cı il oktyabrın 30-da doğulduğu ev gecəqondular məhəlləsində yerləşir. Ev məhəllənin giriş hissəsinin qabağında kiçik tikilidir. Ev üç otaqlıdır, onun yanında isə Maradonanın ilk məşqinə başladığı futbol meydançası olub.
FİFA rəsmi saytında keçirilən səsvermədən sonra Maradona 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Həmçinin, təşkilat 1986-cı il iyunun 29-da Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentina millisinin qalib gəldiyi oyunda Maradonanın İngiltərəyə vurduğu topu “əsrin qolu” adlandırıb.
Maradona cəmi bir neçə ildən sonra həmin qolu əli ilə vurduğunu etiraf edib.
Böyük futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
