İdman
“Bədənim mənə xəyanət edərsə …”
Milli komandamızın Türkiyənin "Manisaspor" klubuna keçən sabiq üzvü Branimir Subaşiç qardaş ölkə mətbuatına müsahibə verib.
Publika.az xəbər verir ki, o, müsahibəsində "Manisaspor"a keçidindən danışıb: “Manisaspor"la bağlı Slavko Peroviç və Nikola Mikiçdən məlumat aldım. Təbii ki, "Orduspor"da çıxış edərkən Manisaya gəlib oyun keçirirdik. Bu səbəbdən də, buradakı ab-havanı, insanları, klub quruluşunu çox bəyəndim. Mənə təklif gəldi və məlumatları dəyərləndirib qərar verdim”.
Daha sonra Branimir Subaşiç jurnalistin“İki illik müqaviləyə imza atdın. Müqavilən bitdikdən sonra 34 yaşında olacaqsan. Yəni, karyeranı bitirmək yaşında. Karyeranı burda bitirmək fikrin var?” sualına belə cavab verib:
“Karyeram çox tez keçdi. Açığı, bu, məni qorxudur. Futbolu buraxmaq istəmirəm. Peşəkar kimi bədənimin məni daşıya və mənə xidmət edə bildiyi müddətdə oynamaq istəyirəm. Bədənimin mənə xəyanət etdiyini görəndə karyeramı bitirəcəyəm”.
Aygün İlqarqızı
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO