İdman
İlin ən yaxşı futbolçuları və klubu müəyyənləşdi
Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, 23 yaşlı forvard Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bu ada layiq görülüb.
Futbolçu bu il Paris klubunun heyətində Fransa Kubokunun qalibi olub, eyni zamanda Liqa 1-in bombardiri adını qazanıb.
Digər mövqelər üzrə də ən yaxşıların adları açıqlanıb. Mbappenin komanda yoldaşı Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya "Yuventus"unda çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, Almaniya "Bavariya"sının oyunçusu Robert Levandovski isə ən yaxşı hücumçu seçilib. Polşalı forvarda həmçinin Maradona mükafatı təqdim olunub.
İlin komandası adına isə İngiltərə "Çelsi"si layiq görülüb. London klubu bu il UEFA Çempionlar Liqasını qazanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
