İdman
İtaliyalı nazir "Formula 1" Azərbaycan Qran Prisindən danışdı
İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə "Formula 1" Azərbaycan Qran Prisindən bəhs edilib.
Publika.az xəbər verir ki, italiyalı nazir ölkəmizdə ilk dəfə səfərdə olduğunu və paytaxt Bakını birinci dəfə "Formula 1" Qran Prisi sayəsində gördüyünü qeyd edib.
"Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Sizi təbrik edirəm, ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız "Formula 1" Qran-Prisi sayəsində görmüşdüm. Şəhər möhtəşəmdir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə hazırkı vaxtda regionunuzda rəhbərliyiniz münasibətilə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik", - Luici Di Maio vurğulayıb.
Qeyd edək ki, Azərbaycan artıq 6-cı ildir nüfuzlu beynəlxalq idman yarışında, dünyanın qabaqcıl ölkələri ilə bir arada təmsil olunur. Növbəti "Formula 1" Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində baş tutacaq.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO