İdman
Elnurə Məmmədova Avropa çempionu oldu - VİDEO
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Publika.az xəbər verir ki, qitə birinciliyinə qadın güləşi üzrə mübarizəyə start verilib.
Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Azərbaycan təmsilçisi bu qələbələrin hamısını "tuşe" ilə əldə edib.
Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşib. Rəqibinə 16:11 hesabıyla qalib gələn Azərbaycan cüdoçusu Avropa üçüncüsü olub.
Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir olub. Türkiyə güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Məmmədova Avropa çempionu olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
