İdman
"Çexiyaya qələbə üçün gedəcəyik" - Tahir Gözəl
"Çox baxımlı və gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş etdirdi və meydanda dominant idi".
Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner azarkeşlərin qarşılaşma ərzində "köhlən atlar"a möhtəşəm dəstək olduğunu bildirib: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hələ də ümidimiz var. Artıq bu ənənəyə çevrilib. Biz səfərdə hər şeyi həll edirik. Ümid edirəm ki, bu seriya davam edəcək".
Tahir Gözəl səfərdəki matçın çox önəmli olacağını vurğulayıb: "Fanatlara təşəkkür edirəm. Burada möhtəşəm abu-hava var idi. İnanıram ki, Çexiyadan zəfərlə dönəcəyik".
Klub rəhbəri Plzen təmsilçisinə qarşı 2016-cı ildəki görüşü xatırlayıb: "Həmin vaxt bərabər oyun var idi. Səfər qolu sayəsində rəqib mərhələ adlamışdı. Bu gün qarşı tərəfin ən yaxşı oyunçusu qapıçısı idi. Çox gözəl qurtarışlar etdi. Onu təbrik edirəm. Rəqin də hiss edir ki, bu komanda 6 il əvvəlki "Qarabağ"dan tam fərqlənir. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Qarşımızda rəqib çox güclüdür. Onlara qarşı oynamaq çətindir. Rəqibə ehtiramla yanaşırıq, amma səfərə qələbə üçün gedirik".
Funksioner komandada böyük inamın olduğunu sözlərinə əlavə edib: "Baş məşqçi Qurban Qurbanovda və futbolçularda böyük inam var. Çexiyada bu işin öhdəsindən gələcəyimizə ümid edirik. Futbolda yaxşı olan tərəf mütləq qalib gələcək. Asan olmayacaq, amma qələbə əzmi ilə Plzenə gedəcəyik".
Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
