İdman
Qurban Qurbanov: "Şahruddin çox dilxordur"
"O, hazırda çox dilxordur".
Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyev haqqında danışarkən deyib.
50 yaşlı mütəxəssis Çexiyada "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları görüşdə səhvə yola verən oyunçunun öz işində məsuliyyətli olduğunu bildirib: "Məhəmmədəliyev daha yaxşı olmaq və böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".
Qurbanov bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini söyləyib: "Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək".
Təcrübəli baş məşqçi Məhəmmədəliyevin sosial şəbəkələrdəki paylaşımlarına da toxunub: "Sosial şəbəkələrə girmirəm. Baxandan sonra paylaşımın qıcıqlandırıcı olub-olmadığını deyə bilərəm. Bəzən insan adi fikri hansı tərəfə yozmaq istəyirsə, yozur".
Mütəxəssis azarkeşlərin "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda medianı təhqir etməsi haqqında suala da cavab verib: "Söhbətin necə olduğunu bilmirəm. Bir dəfə fanatlara etiraz etdim, məndən narazı qaldılar. Stadionlarda söyüş eşitmək istəmirəm. Amma təəssüflər olsun ki, olmayan yer yoxdur. Bəlkə də futbol bunsuz mümkün deyil. Azarkeş isə azaddır. Mən çox istəyirəm ki, hamı birlikdə dil tapsın. Hamımız bu Vətənin övladlarıyıq. Ən ucqar yerdə qalan azərbaycanlını dünyaya dəyişmərəm. Xalqımızı çox sevirəm".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
