İdman
AVRO-2023: voleybol yığmamız yenə qələbə qazandı
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:19, 25:13)
AVRO-2023, seçmə mərhələ
D qrupu (qadınlar)
28 avqust
18:00. Azərbaycan - Avstriya - 3:0 (25:19, 25:19, 25:13)
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)
Bakı, Voleybol Mərkəzi
İlk 3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Əvvəlki matçlarıda Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.
Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub




















.jpg)





.jpg)








