İdman
Azərbaycanın bu idmançılarına 34000 dollar veriləcək
Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısında ilk "üçlük"də yer alan güləşçilərə veriləcək pul mükafatının məbləğini açıqlayıb.
Publika.az xəbər verir ki, dünya sıralamasındakı mövqelərinə əsasən, Azərbaycanın 10 güləşçisi də mükafat əldə edib.
İli lider kimi tamamlayan yunan-Roma güləşçilərindən son dünya çempionu Eldəniz Əzizli (55 kq), mundialın bürünc mükafatçıları Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və gümüş mükafatçı Ülvi Qənizadə (72 kq) 5 000 dollar qazanıblar.
Digər "klassiklər"dən Rafiq Hüseynov (82 kq) 3 000 dollara yiyələnib. Murad Məmmədov (60 kq) və son mundialın daha bir bürünc mükafatçısı Arif Niftullayev (97 kq) isə üçüncü olub və hərəyə 2 000 dollara sahib çıxıblar.
Sərbəst güləşçilərdən son DÇ-nin bürünc mükafatçıları Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) 3-cü olaraq müvafiq məbləğə yiyələniblər.
Qadın güləşçilərdən isə yalnız Elis Manolova (65 kq) fərqlənib. O, ikinci yerdə qərarlaşıb və 3 000 dollara sahib çıxıb.
Beləliklə, Azərbaycan güləşçiləri toplam 34 000 dollar qazanıblar.
Qeyd edək ki, xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən verilir. (Fanat.Az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
