İdman
Millimiz Moldovaya qalib gəldi - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Publika.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça fəal başlayan Azərbaycan millisi 3-cü dəqiqədə qola yaxın olub. Lakin meydan sahiblərinin qapıçısı Dmitri Çelyadnik hesabın açılmasına imkan verməyib. 7-ci dəqiqədə Höccət Haqverdinin sol ayaqla vurduğu zərbə istənilən kimi alınmayıb. Qonaqların ilk təhlükəli hücumu 11-ci dəqiqəyə təsadüf edib. Vadim Ratsenin zərbəsində dəqiqlik çatmayıb. 20-ci dəqiqədə Musa Qurbanlının vurduğu top qapıdan aralı keçib. Cəmi 8 dəqiqə sonra isə Azərbaycan millisi istəyinə çatıb. Emin Mahmudov Ramil şeydayevin sol cinahdan ötürməsini bir toxunuşla qapıdan keçirib. Bu, 30 yaşlı yarımmüdafiəçinin yığmada 9-cu qolu olub. 37-ci dəqiqədə Anton Krivotsyuk yaxın məsafədən hesabı artıra bilməyib. Onun zərbəsindən sonra top qapı tirindən meydanı tərk edib. 40-cı dəqiqədə bu dəfə Emin Mahmudovun zərbəsi qapı dirəyindən qayıdıb. 42-ci dəqiqədə Aleksey İsayev cərimə meydançasının xaricindən dəqiq zərbə ilə 2-ci topu moldovalıların qapısından keçirib. “Sabah”ın yarımmüdafiəçisi bununla milli komandada qol hesabını açıb. İlk hissə bu hesabla baa çatıb.
İkinci yarıda da hücumlarını davam etdirən Azərbaycan millisi 56-cı dəqiqədə 3-cü qolu vurmağa yaxın olub. Amma Riçard Almeydanın zərbəsi bir qədər qeyri-dəqiq alınıb. 71-ci dəqiqədə Mahir Emreli rəqib qolkiperlə üzbəüz epizodda topu qapıya göndərə bilməyib. 80-ci dəqiqədə Viktor Stınyenin zərbəsi Şahruddin Məhəmmədəliyevin üstünə gedib. 28 yaşlı 87-ci dəqiqədə isə Virciliu Postolakinin vurduğu topu əla sıçrayışla dəf edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.
Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.
xxx
21:49
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.
Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.
xxx
21:32
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.
xxx
21:00
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.
Publika.az xəbər verir ki, "Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı















.jpg)




















