İdman
Rövnəq Abdullayev: "UEFA-nın qərarı idmanın inkişafına öz töhfəsini verəcək"
Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin
final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qərar
qəbul olunub.
Publika.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın prezidenti
Rövnəq Abdullayev qurumun saytına açıqlamasında bildirib ki,
2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda
keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox
sevindiricidir:
"Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm.
Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına
düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının
keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər
birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz
töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin
oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham
Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha
ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar
hadisə münasibətilə təbrik edirəm".
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri