Şahmatı şouya çevirən gözəl - FOTOLAR
Bizi izləyin

İdman

Şahmatı şouya çevirən gözəl - FOTOLAR

Andrea Botesi şahmat dünyasının maraqlı simalarından biridir.

Andrea hazırda Kanadada yaşasa da, əslən rumıniyalıdılar. Valideynləri böyük bacısı Aleksandranın doğulmasından əvvəl Kanadaya köçüblər. Ata qızlarına uşaqlıqdan şahmat sevgisini aşılayıb. Təsadüfi deyil ki, Andrea altı yaşından oynayır.

2010-cu ildə Andrea U-8 Gənclər arasında Milli Çempionatın qalibi olmaqla, yaşına görə Kanadanın ən güclü qadın şahmatçıları sırasında idi.

Botez ailəsi daha sonra Texasa köçdü. Gənc şahmatçı bundan sonra irəliləyişini davam etdirdi. 2018-ci ildə FİDE-dəki reytinqini 1773-ə çatdırdı. Lakin o, karyerasını peşəkar səviyyədə davam etdirməyib.

Buna görə də Andrea ciddi turnirlərdə deyil, internet məkanında uğurları ilə tanınır. Artıq bir neçə ildir ki, bacısı ilə birlikdə şahmata fərqlilik və şou qatıb. O, bu idman növünü "cosplay" ilə birləşdirib. Yəni insanlar müxtəlif film və hekayə personajlarını seçərək öz aralarında yarışırlar. Onun belə çox sayda yarışı var.

Andrea şahmatla yanaşı fitnes həvəskarıdır. Bəzi şou xarakterli döyüşlərə də qatılıb. Bunlardan əlavə o, DJ konsolu arxasına keçməyi də xoşlayır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm