"Fənərbağça" Mahir Emrelinin komanda yoldaşını transfer etdi
Bizi izləyin

İdman

"Fənərbağça" Mahir Emrelinin komanda yoldaşını transfer etdi

"Fənərbağça" növbəti transferini həyata keçirib.

Publika.az xəbər verir ki, İstanbul təmsilçisi Zaqreb "Dinamo"sundan Dominik Livakoviçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiya millisinin də bir nömrəsi olan qolkiperin bu gün İstanbula gedəcəyi vurğulanıb.

Livakoviç 2015-ci ildən "Dinamo"da çıxış edib. 28 yaşlı qapıçı sözügedən klubda 207 oyuna çıxıb.

Qeyd edək ki. futbol üzrə milli komandamızın üzvü Mahir Emreli də Zaqreb təmsilçisindən çıxış edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm