İdman
Nalbandyanın başı dərddə: keçmiş sevgilisinin yataq otağında…
Sabiq tennisçi David Nalbandyan sevgilisindən ayrıldıqdan sonra onu gizli şəkildə lentə almaqda ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
2022-ci ilin sentyabrından 2023-cü ilin iyun ayına qədər Araseli ilə münasibətdə olan argentinalı onu izləməyə davam etmək üçün Palermoda paylaşdığı mənzilinə kamera quraşdırdığı iddia edilir. Araselinin qardaşı mənzilə baş çəkərkən, yataq otağında kameranı tapıb.
Qadın dərhal Nalbandyandan polisə şikayət edib. Lakin dəlil çatışmazlığı səbəbindən ittihamlar götürülüb. Bununla belə, Araseli və vəkilləri Nalbandyanın guya onu quraşdırdığını etiraf etdiyi səs yazılarını və mesajları sübut kimi təqdim ediblər.
Argentinanın “La Nacion” qəzeti iddia edir ki, səsli mesajda keçmiş tennis ulduzunun “Dürüst olmağımı istəyirsən? Bəli, kameranı quraşdırdım. Amma internetdə problem olduğu üçün heç nə görmədim”.
Məqalədə daha sonra iddia edilir ki, Nalbandyan indi təqib və cinsi təcavüz ittihamları ilə üz-üzədir. O, keçmiş sevgilisi tərəfindən məhkəməyə veriləcək.
Qeyd edək ki, 41 yaşlı tennisçi 2000-ci illərin elit tennisçiləri sırasında olub. Hətta 2006-cı ilin martında ATP reyntiq siyahısında üçüncü yerə yüksəlib. Nalbandyan karyerası ərzində 11 turnirin qalibi olub.
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı















.jpg)




















