İdman
"Bayern"in yeni ulduzu "Real" və "Barselona"nın təklifini rədd etdi
"Bayern"in əsas oyunçulardan birinə çevrilən yarımmüdafiəçi Aleksandar Pavloviç bir neçə top klubun maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "fussballtransfers" məlumat yayıb.
Bir sıra İngiltərə Premyer Liqası klubları, həmçinin İspaniya nəhəngləri - "Real" və "Barselona" onun agentləri ilə əlaqə saxlayıb. Lakin rədd cavabı alıblar.
Almaniya millisinin üzvü transferə maraq göstərmir. Pavloviç üçün "Bayern"də ayrılmaq məsələsi gündəmdə deyil.
21 yaşlı futbolçu “Absolut Bayern”ə açıqlamasında xəbəri təsdiqləyib: “Mən "Bayern"dən başqa heç nə tanımıram. Əgər burada hər şey istədiyimiz kimi getsə, başqa bir şey etməyə ehtiyac yoxdur”.
Münhendə doğulan Pavloviç 7 yaşında klubun akademiyasına qoşulub və 2023/24 mövsümündə əsas komandaya yüksəlib. Onun "pivəçilər"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Heybət
-
Ekologiya12:50Sabah 30 dərəcə isti olacaq
-
Cinayət dünyası12:15Azərbaycanda süni intellektlə törədilən təxribat - 20 il həbs cəzası nəzərdə tutulur
-
Sosial11:05Qəbrinə yazılmış söz aranı qatdı - Nəhayət, gerçək bilindi
-
Dünya10:24Evdən işləyin, avtomobil sürməyin və... - Baş nazir xalqa müraciət etdi
-
Avropa09:27Almanların 50 faizi şəxsi avtomobildən imtina etdi - Səbəb nədir?
-
Maraq dünyası07:35Azərbaycanın ən uzunboylu oğlanı niyə məşhur olmağın daşını atdı?
-
Sosial07:15Burada uşaqlar məktəbə getmək üçün Kürü qayıqla keçməli olurlar - Video
-
Region05:45Bu da Türkiyənin "Kuzgun"u - Foto













.jpg)






















