İdman
"Real" gənc ulduzu ilə bağlı qərar verdi
"Real" yay transfer pəncərəsi ərəfəsində Endrik ilə bağlı qəti qərar qəbul edib.
Publika.az xəbər verir ki, hücumçu komandada saxlanılacaq və onun üçün gələn heç bir təklif nəzərdən keçirilməyəcək. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Madrid klubu 19 yaşlı futbolçuya komandadakı rolunun vacibliyini izah edərək mümkün ayrılıqla bağlı bütün şübhələrə son qoyub. Endrikin nümayəndələri mövsümün sonunda oyun vaxtı və digər klubların marağından asılı olaraq gələcəyini yenidən dəyərləndirməyi planlaşdırırdı, lakin artıq bu variant gündəmdən çıxıb.
Məlumatda qeyd olunur ki, o, növbəti mövsümdən əsas komandanın bir hissəsi kimi tam inteqrasiya olunacaq və artıq transfer müzakirələri üçün açıq deyil.
Brazliyalı hücumçu yanvar ayında “Lion”a icarəyə göndərilib və bu müddətdə 16 oyunda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət
-
Magazin109:40Yaşar Yusubun həkim xanımı gündəm oldu - Birgə FOTOLARI yayıldı
-
Hadisə09:23Kəmaləddin Heydərov hadisə yerindədir - Foto/Video
-
Hadisə08:15Lökbatandakı güclü yanğınla mübarizəyə helikopterlər cəlb olundu - Foto/Video/Yeniləndi
-
Sosial07:55Dəniz mənzərəli evlərdəki problem - Nəyə diqqət etməli?
-
Dünya06:46Başqa alternativ yoxdur! - Qalibafdan sərt sözlər
-
Dünya05:15460 milyon qrivnanın yuyulmasında iştirak edib... - Yermakı hansı cəza gözləyir?
-
İdman02:18Ədalətli hakimlik olsaydı, onlar zirvədə olmazdı - Şok ittiham
-
Qoroskop01:20Günün ulduz falı: ailə ilə bağlı qərarlar önəmli olacaq














.jpg)

.jpg)
















